Bakı Zooloji Parkında ilk dəfə gecə turu keçiriləcək
Bakı Zooloji Parkında ilk dəfə olaraq “Gecə turu” təşkil olunacaq. Bu barədə iTicket.az saytı məlumat yayıb. “Tura qatılaraq günəş batandan sonra heyvanlar aləmində nələrin baş verdiyini izləyə, gecə aktiv olan heyvanları daha yaxından seyr edə bilərsiniz”, - məlumatda deyilir. Qeyd edək ki, tur oktyabrın 29-u gecə saat 21:00-23:00 arası baş tutacaq. Biletlərin qiyməti isə 10-20 manat arasındadır.
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: