İran ordusunun sözçüsü:
“Hərbi gəmimizi biz vurmamışıq...”
Bu fikirləri İran ordusunun sözçüsü Şahin Takihani bildirib.
İran ordusuna aid aja.ir saytına danışan Şahin Takihani İran hərbi gəmisinin bu ölkənin raketi tərəfindən vurulması iddialarını yalanlayıb: “Bu və buna bənzər sözlərin hadisə ilə əlaqəsi yoxdur. Ölkədəki yerli media bu cür şayiələri əsas götürməməlidir”.
Hadisənin qəza olduğuna işarə vuran sözçü əlavə edib ki, qəzanın bütün tərəfləri araşdırılır.
Xatırladaq ki, İran mediası mayın 10-da Bəsrə körfəzi yaxınlığında hərbi təlimlər keçirən İran donanmasına aid hərbi gəminin səhvən vurulduğunu elan etmişdi.
Oxunub: 387
Xəbəri paylaş
Paylaş: