Quantanamonun ən yaşlı məhbusu azadlığa çıxdı
ABŞ-ın Kuba ərazisində yerləşən Quantanamo həbsxanasının ən yaşlı məhbusu Seyfullah Paraça həbsdən azad edilərək vətəninə - Pakistana qayıdıb. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyinin məlumatına görə, Seyfullah Paraça oktyabrın 29-da Pakistana gəlib və artıq ailəsinin yanındadır. Qeyd olunur ki, pakistanlının qaytarılması 2021-ci ilin mayında razılaşdırılsa da, proses bir ilə qədər uzanıb.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: