Gəncədə toya gələn qonaqdan ŞOK ADDIM: Sifariş verdiyi musiqi səslənmədi və...

Gəncə şəhər sakini toyda sifariş verdiyi musiqi səsləndirilmədiyinə görə özünə xəsarət yetirib.
Globall.az xəbər verir ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Qaraşov şadlıq saraylarının birində olarkən sifariş verdiyi musiqinin səsləndirilmədiyindən əsəbiləşib.
O daha sonra yumruqla restoranın qapısındakı şüşəni sındırıb və nəticədə əlinə xəsarət yetirib.
Qeyd edək ki, hadisəni törədərkən Ş.Qaraşov sərxoş olub.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş:




















