Baş nazirin müavini: “Azərbaycan “yaşıl enerji”yə keçid üçün bütün lazımi tədbirləri görür”
“Azərbaycan “yaşıl enerji”yə keçid üçün bütün lazımi tədbirləri görür”. Bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan “yaşıl enerji”yə keçidə çox ciddi yanaşır: “Bununla bağlı artıq bir çox tədbirlər həyata keçirilib və gələcəkdə bu istiqamətdə hələ daha çox işlər görülməlidir”. O bildirib ki, Azərbaycan beynəlxalq layihələrdə, o cümlədən BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində həyata keçirilən layihələrdə iştirak edir.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: