DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir harada olub? - YENİLƏNİB
Mədəniyyət Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimovun iş yerində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova oxu.az-a bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:
“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.
Məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.
***
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
Globall.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sayta açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.