“İndi deyəcək söz yoxdur” – Elçin Quliyevdən cavabsız reaksiya
Dövlət Təhlükəsizlik Xidmətinin anti-korrupsiya əməliyyatları Dövlət Sərhəd Xidmətinə də keçdi.
Məlum olduğu kimi DTX və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin bir qrup vəzifəli şəxslərini həbs edib.
Bu həbslərlə bağlı Gununsesi.org bu gün DSX -nin rəisi, general-polkovnik Elçin Quliyevlə əlaqə saxlayıb.
General tabeliyində olan zabitlərin həbsi barədə suala cavab verməkdən imtina edib. “İndi deyəcək söz yoxdur. Sonra açıqlama alarsınız”, – deyən Elçin Quliyev telefonun dəstəyini asıb.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: