Bu şəxslər 7 il torpaq vergisindən azad olunur
Azərbaycanda gələn ildən idxalı əvəzləyəcək qida məhsullarının istehsalçılarının - fiziki və hüquqi şəxslərin 7 il əmlak və torpaq vergisindən azad edilməsi nəzərdə tutulub.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sahibkarlar həmin fəaliyyət prosesində istifadə olunan əmlaka və torpağa görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il vergi ödəməkdən azad edilir.
Oxunub: 202
Xəbəri paylaş
Paylaş: