Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • FHN-NIN BU QURUMUNDA ÇALIŞAN BƏZI ŞƏXSLƏR KƏMALƏDDIN HEYDƏROVA “BADALAQ GƏLIRLƏR?” - ŞOK FAKTLAR
  • Kəmaləddin Heydərovun işçiləri Şamaxıda bir ailəni “düzdə qoyub”- NARAZILIQ
  • Kəmaləddin Heydərovun işçilərindən Prezidentə ŞİKAYƏT EDİLDİ
  • Özünü FHN-in qarşısında yandırmağa cəhd edən şəxs haqda rəsmi açıqlama
  • "Keşlə" adını dəyişdirib "Şamaxı" oldu
  • Görəsən Kəmaləddin Heydərov və Şamaxı RİH-nin başçısı saxtakarlığa qol qoymuş işçiləri tənbeh edəcəklərmi?

    • Tarix: 3-11-2022, 12:24

    WhatsApp Image 2022 11 03 at 11.59.06 1

      Cənab Nazirin yanında vəzifə sahibi olanlar Rəcəbovlar ailəsinə məxsus fərdi yaşayış evi ilə bağlı akt tərtib etsələr də, bir müddətdən sonra bu ailənin adı ilkin siyahıdan çıxarılır.

    Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də öz həllini tapmayıb. Bu da  tam əksəriyyətin nəzərində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şamaxı RİH-nin bəzi əməkdaşlarına qarşı formalaşan şübhələri daha da artırır. Çünki, hər iki dövlət qurumunda çalışan, yaxud da vaxtilə çalışmış bəzi əməkdaşların qurduqları işbirliyi, məhz Rəcəbovlar ailəsinin “düzdə qalmasına” səbəb olur. Diqqət yetirək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış eviləri, həmçinin həyətyanı torpaq sahələri müəyyən qədər yararsız vəziyyətə düşür. Hadisə baş verən vaxt FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kəndində olurlar və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edib akt da tərtib edirlər. Adları çəkilən bu qurum əməkdaşlarının tərtib etdikləri akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.

            İkin siyahıdan Yadigar Rəcəbovun və onun ailə üzvlərinin adlarının çıxarılmasında rüşvət faktoru əsas rol oynayır

      Məsələnin diqqəti cəlb edən halı o olur ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə aid məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Qeyd edək ki, Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən evlərlə bağlı tərtib olunmuş ilkin siyahıda mərhum Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və 2014-cü ildə evlər zərərçəkən sakinlərə paylanır. Əldə etdiyimiz məlumatlara görə, evlər zərərçəkən ailələrə paylanarkən Şamaxı RİH Aparatından mərhum Yadigar Rəcəbova da zəng olunur və ondan qeyd olunan əraziyə gəlməsi xahiş olunur. Belə bir telefon zəngindən sonra o, ləngimədən əraziyə gəlir və evlərin paylanması işlərinə diqqət yetirir. Çox keçmir ki, RİH Aparatında çalışan əməkdaşlardan bir nəfəri tərtib olunmuş ümumi siyahıda olan şəxslərin adlarını çəkir. Elə ki, həmin şəxs siyahı üzrə Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə şəxslərin  gözləri önündə “Evlər o siyahı ilə deyil, mənim əlimdə olan siyahı üzrə veriləcək” deyir.

     Mərhum Ağamustafa Vahidovun “bığının altından” keçməmək, məhz Rəcəbovlar ailəsini çıxılmaz duruma salır

    Bəli, əslində bu belə də olur. Çünki, həmin vaxtlarda Ağamustafa Vahidov Şamaxı RİH-nin sabiq başçısı Asif Ağayevi özünə arxa-dayaq bilir və o, elə bir təsir imkanına malik olur ki, bir kimsə bu şəxsin sözünün üstünə söz deməyə cürət etmir. Əldə etdiyimiz məlumatlara görə, Yadigar Rəcəbov onlara verilməli olan evin qarşılığında evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçmədiyi üçün, məhz həm onun, həm də ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır. Beləliklə, 2014-cü ildə evlər zərərçəkən ailələrə paylanılır və Yadigar Rəcəbovun 7 (yeddi) nəfərdən ibarət ailə üzvləri tərtib olunmuş ilkin siyahıda 46-cı sırada olsalar da, Şamaxı RİH bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə verirlər.        

    WhatsApp Image 2022-11-03 at 15.55.48.jpeg

    Belə bir haqsızlıq baş verdiyi üçün Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir. Üç gündən sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, Şamaxı RİH əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə Yadigar Rəcəbov (05 avqust 2022-ci il tarixdə rəhmətə getmişdir) dünyasını dəyişdikdən bir neçə gün sonra, məhz həmin ailə hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir.

                  Bir müddətdən sonra Kəmaləddin Heydərovun işçiləri dönüklük edirlər

         Rəcəbovlar ailəsindən verilən məlumatlara görə, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verən vaxt şəxsən fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov və əlavə bir neçə vəzifə sahibi bu kənddə olurlar. Hətta, Kəmaləddin Heydərovun şəxsən özü mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus evin həyətində olur və əsl reallığı öz gözləri ilə görür. Təəccüb doğuran hal o olur ki, cənab Nazirin yanında vəzifə sahibi olanlar bu ailəyə məxsus fərdi yaşayış evi ilə bağlı akt tərtib etsələr də, bir müddətdən sonra Rəcəbovlar ailəsinin adları ilkin siyahıdan çıxarılır. Bu da onu söyləməyə əsas verir ki, cənab Nazirin tabeliyində çalışanlar bir müddətdən sonra şəxsi maraqlarının təmin olunması yöndə fırıldaq əməllərinə qol qoyurlar və öz rəhbərlərinə qarşı “dönük” çıxırlar.  

       Bəli, fakt o olur ki, tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylanılır və həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev verilmir. Çünki, istər bu şəxsin (sağlığında ikən) özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”.

                Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində və Şamaxı RİH-də vəzifə sahibi olan bəzi şəxslər, bu ailəyə qəsd edirlər

          Belə olan halda ortaya düşündürücü suallar çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ildə baş verir və hansı səbəbdən yaşayış evi ortada olan Yadigar Rəcəbovun evinə iki il sonra, yəni 03 mart 2014-cü ildə vizual baxış keçirilir və akt tərtib olunur?. Qeyd edək ki, həmin vaxt Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evinin sağ və sol hissələrindəki qonuşarın evlərinə də baxış keçirilir, hətta qonşulara məxsus evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı akt da tərtib olunur. Daha sonra isə, onlar yeni fərdi yaşayış evləri ilə təmin olunurlar. Amma, bu şəxsin evinə baxış keçirib akt tərtib etmək 2014-cü ilə saxlanılır? Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evinə vizual baxış keçirilib akt tərtib olunması ilə bağlı, həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatından verilmiş cavab məktublarında qeyd olunub. Biz bir media qurumu olaraq bu kimi məsələlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyatı üzrə bir neçə dəfə məktublar ünvanlasaq da, hər dəfə həm FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, həm də Şamaxı Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən oxşar cavablar verilir. Bir sözlə, adı çəkilən bu dövlət qurumlarının əməkdaşları hər cür “burcutmalar”a yol verir və ünvanladığımız suallara tam şəkildə aydınlıq gətirmək istəmirlər. Çünki, bu iki qurumundan əlavə, sürüşmə hadisəsi ilə bağlı Muğanlı kəndində olan digər dövlət qurumlarının əməkdaşları 2012-ci və 2014-cü illərdə işbirliyi qururlar və şəxsi maraqlarının təmin olunması yöndə addımlarını atırlar.

                      Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı faktı təsdiq edir

    Onu da qeyd edək ki, Rəcəbovlar ailəsindən redaksiyamıza daxil olan müraciətlər əsasında, yaşanan bu problemin həllinə köməklik göstərilməsi məqsədilə Prezident Administrasiyasına, Birinci Vitse-Prezident Aparatına, Nazirlər Kabinetinə və FHN-nə rəsmi qaydada məktublar ünvanlamışdıq. Tərəfimizdən göndərilən məktublar əsasında 17 oktyabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogelogiya və mühəndis geologiyası qrupunun baş hidrogeoloqu Qaralov Bəxtiyar Əsəd oğlu, Muğanlı kənd icra nümayəndəsi Taləddin Şirəliyevin iştirakı ilə Rəcəbovlar ailəsinə məxsus fərdi yaşayış evinə vizual mühəndis-geoloji baxış keçirir.

    WhatsApp Image 2022-11-03 at 15.59.52.jpeg

    Keçirilən baxış zamanı bir daha təsdiq olunur ki, 2012-ci ildə Muğanlı kəndində baş verən torpaq sürüşməsi nəticəsində bu ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşmüş və hal-hazırda həmin evdə yaşamaq olduqca təhlükəlidir.

                    Şamaxı RİH-nin başçısı bu gün də susur, səbəb?

        Düşündürücü hallardan biri də, bu problemlə bağlı Şamaxı RİH-nin başçısı cənab Tahir Məmmədovun hələ də susmaqda davam etməsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunub. Yəni, bu şəxs hal-hazırda icra başçısıdırsa, deməli o, Şamaxı rayonunun ərazisinə aid olan hər cür sosial-iqtisadi problemlərlə maraqlanmalı və onların həllinə də çalışmalıdır. Çünki, ölkə rəhbəri bu şəxsi RİH-nə başçı təyin edərkən, ona lazımi tapşırıqlarını verib. Bəli, ölkə rəhbəri tərəfindən Tahir Məmmədova lazımi tapşırıqlar verilsə də, bu şəxsin bugünkü davranışları, yaşanan problemin aradan qaldırılmasına cəhd göstərməməsi, vaxtilə saxtakarlığa qol qoymuş şəxslərin aşkara çıxarılıb onların hüqiqi müstəvidə cəzalandırılmalarına çalışmaması və s. məhz rayon rəhbərinə qarşı olan şübhələri daha da artırır. Yəni, Tahir Məmmədov Şamaxı RİH-nin başçısı olaraq bu gün aidiyyatı üzrə dövlət qurumlarına lazımi tapşırığını verə bilər ki, 2012-ci ildə evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşmüş ailələrə bağlı tərtib olunmuş ilkin siyahıda Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfərdən ibarət)  olsalar da, hansı vəzifə sahibləri hansı maraqlarına görə onların adlarını ilkin siyahıdan çıxarırlar. Tahir Məmmədov bu yöndə lazımi tapşırığını vermirsə, deməli o, həm bu problemin həllini tapmasında maraqlı deyil, həm də ölkə rəhbəri İlham Əliyev cənablarının verdiyi tapşırıqları yerinə yetirmir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

    Mövzuya qayıdacağıq. Bizi izləyin.

    araz.az xəbər portalı 



    Oxunub: 335
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.