“Vətən müharibəsində informasiya cəbhəsində mediadan daha çox Ali Baş Komandan savaşıb”
Elçin Şıxlı: “Hikmət Hacıyev də bu mübarizədə yaxından iştirak edib”.
Qarşıdan 8 Noyabr zəfərinin ikinci ildönümü gəlir. Bəs bu qələbədə Azərbaycan mediasının rolu nədən ibarət olub?
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Müharibə dövründə jurnalistikamız müharibə dövrünün qanunları əsasında fəaliyyət göstərirdi. Buna görə də ancaq rəsmi informasiyalara istinad edir, rəsmi xəbərləri yayırdıq.
Informasiya cəbhəsinə gəlincə, mediadan daha çox Ali Baş Komandan İlham Əliyev savaşıb. Onun köməkçisi Hikmət Hacıyev də bu mübarizədə yaxından iştirak edib. Mən cənab Prezidentin xarici jurnalistlərə verdiyi müsahibələri, onların suallarına verdiyi cavabları nəzərdə tuturam.
Jurnalistlərimiz də müharibənin işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində addımalr atıb. Düzdür, hələ ki, görülən işlər kifayət deyil. Biz daha çox işləməliyik. Çünki biz bəzən özümüz deyib, özümüz eşitmişik. Dünyanın məşhur, ciddi media qurumlarına kifayət qədər yol tapmamışıq. Bu istiqamətdə səylərimiz davam edir”.