Mirzoyan Türkiyə ilə dialoqdan DANIŞDI

Ermənistan və Türkiyə mütəxəssislər səviyyəsində, eləcə də iki ölkənin xüsusi nümayəndələri səviyyəsində fəal müzakirələr aparırlar.
Globall.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxış edərkən deyib.
“Artıq üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı xüsusi nümayəndələr arasında müəyyən razılaşmalar var. Proses davam edir. Ümid edirəm ki, bu, yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaq”.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş:




















