Beren Saat yeni filmindən danışdı: "Kıvançla bir-birimizi tanıdığımız üçün..."
Türkiyənin məşhur aktrisası Beren Saat tərəf-müqabili Kıvanç Tatlıtuğla "Netflix" platformasında yayımlanacaq filmindən danışıb. Yenidən Kıvanç Tatlıtuğ ilə bir araya gələn Beren Saat bu sözləri deyib: "Artıq daha da peşəkarlaşmışıq. Obrazımızı daha yetkin şəkildə oynadıq. Bir-birimizi tanıdığımız və obrazı oynamağımıza öyrəşdiyimiz üçün çox rahat idik". Filmin çəkilişləri İstanbulda və Nyu-Yorkda baş tutub.
Qeyd edək ki, hər iki məşhur “Aşk-ı Memnu”dan sonra ilk dəfə bir araya gəliblər. Beren Saat və Kıvanç Tatlıtuğ "Netflix”in “Last Call For İstanbul” filmində baş rolları bölüşüblər.
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: