Gəncədə ETİ-də Zəfər Günü ilə əlqədar
”8 Noyabr Xalqımızın Zəfər Günüdür” adlı tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Zəfər Günü ilə əlqədar ”8 Noyabr Xalqımızın Zəfər Günüdür” adlı tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətiniin Gəncədəki Baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri və institut əməkdaşları iştirak ediblər. Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İnstitutun direktoru, professor, AMEA-nın müxbir üzvü, İbrahim Cəfərov Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Direktor tarixi qləbəmizdən danışarkən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezidentinin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək xalqımızın keçdiyi çətin günlərdən, xüsusilə 44 günlük müharibə dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərinə qarşı erməni faşistlərinin törətdiyi cinayətlərdən danışıb. Daha sonra Türkiyə Cumhuriyyətiniin Gəncədəki Baş konsulu Zeki Öztürk 44 günlük müharibə zamanı qardaş ölkənin Azərbaycan xalqının yanında olmasını, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını vurğulayıb. Daha sonra digər qonaqlar çıxış edərək Şanlı Qələbə ilə sona çatan Vətən müharibəsinin Azərbaycan tarixində yerindən, hərbiçilərimizin misilsiz qəhrəmanlıqlarından, xalqımızın birliyindən söz açılıb. Sonda Zəfər Gününü əks etdirən videoçarx nümayiş olunub.