Zəfər Günü ilə əlaqədar bəyanat
Azərbaycan Milli Məclisi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanatı parlament kürsüsündən deputat Ramil Həsənov oxuyub.
Bəyanatda qeyd edilir ki, 44 günlük Zəfər tarixi müstəsna əhəmiyyətli hadisələrindən biridir.
30 il işğal altında saxlanılan ərazilərin işğaldan azad edilməsi, ərazi bütövlüyü məsələsində xalqımızın haqsızlıqla barışmadığını göstərmişdi.
Yenilməz Sərkərdə və liderinin rəhbərliyi ilə qələbə qazanan xalqımız onunla heç kimin güc dilində danışmayacağını ortaya qoymuşdu.
Soydaşlarımız 30 il ərzində öz ata-baba torpaqlarından uzaq düşmüş, I Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının taleyi hələ də məlum deyil.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: