Samir Rzayev AZAL-ın birinci vitse-prezidenti təyin olundu
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I vitse-prezidenti təyin edilib. Globall.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir. Xatırladaq ki, Nazirlər Kabineti noyabrın 3-də AZAL-ın Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki Birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir. İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.