Kişi müəllimlərin sayının azlığı narahatlıq doğurur - Deputat
“Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində işləyən müəllimlərin maaşlarının fərqli olması narahatlıq doğurur”.
Globall.az xəbər verir ki, bunu Milli Məclisdə “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatı Ceyhun Məmmədov deyib.
Deputatın əlavə edib ki, bəzi universitetlərdə maaşlar aşağıdır: “Qiymət artımına baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır”.
Millət vəkili bildirib ki, daha bir narahatlıq doğuran məsələ isə kişi müəllimlərin sayının azlığıdır:
"Kişilər daha çox özəl sektora meyilli olurlar. Hesab edirəm ki, maaşların artırılması müəllimlik peşəsinə marağı da artıra bilər. Həmçinin tələbə təqaüdlərinin məbləğinin artırılması da gündəmdə olmalıdır”.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: