Erməni zabit Ağdərədə minaya düşdü

Qanunsuz erməni silahlı dəstəsinin üzvü minaya düşüb.
Globall.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Ağdərə istiqamətində yerləşən qanunsuz erməni silahlı dəstəsinin zabiti piyada əleyhinə minaya düşərək ağır yaralanıb.
Xankəndindəki hospitala yerləşdirilən hərbçinin sağ ayağı amputasiya edilib.
Oxunub: 232
Xəbəri paylaş
Paylaş:



















