Zəfəri şərtləndirən amillər - Prezident nələr etmişdi?
“44 günlük müharibənin nəticələri Azərbaycan tarixində misilsiz qəhrəmanlıq hadisəsidir. Adətən, hər bir xal, dövlət öz keçmiş şanlı tarix səhifələrindən danışanda müharibələrdəki rolundan və göstərdikləri qəhrəmanlıqdan danışırlar. Müharibə əsnasında hansı tarix yaradıblar. Amma ən müasir tarixdə belə qəhrəmanlıq hadisələri çox azdır və belə hadisələr çox az baş verir. Azərbaycan isə ən müasir tarixdə şücaət göstərərək mümkün olmayan şəraitdə işğal altında olan torpaqları işğaldan azad edib. Nəyə görə mümkün olmayan şəraitdə? Çünki ən müxtəlif səviyyədə ekspert dəyərləndirmələri də gösətirirdi ki, Azərbaycanın hərb yolu ilə torpaqları geri qaytarması çətin məsələdir. Ən azından Azərbaycanın qalib gəlmək resursu olsa da, onun qalib gəlməsi bu bölgədəki geosiyasi oyunçuların xeyirinə deyildi”.
Globall.az bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq əlavə edib ki, digər tərəfdən də erməni ordu birləşmələri müdafiə baxımdan çox əlverişli coğrafi mövqedə yerləşməklə yanaşı, 30 illik işğal müddətində güclü mühəndis-istehkam sistemi qurmuşdu.
“Bütün bu maneələrə həm cənab Prezidentin ordu quruculuğu istiqamətində, həm də bölgədəki geosiyasi oyunçuları inandırıb, hərbi əməliyyatlar başlayacağı təqdirdə prosesə müdaxilə etməməsi qələbəni şərtləndirən əsas amillərdən biridir”, - o qeyd edib.
Politoloq qeyd edib ki, Azərbaycan ordusunun qələbənin təmin edilməsində ən müasir hərb sənayesinin imkanlarından istifadə etməsi də müstəsna rol oynayıb: “Hansı ki, müasir dünyada belə bir hərbi əməliyyatlar olmayıb. Azərbaycan ordusunun ən müasir hərbi texnikanın imkanlarından istifadə etmək qabliyyəti ordumuzun dünyadakı gücünün göstərisi kimi də dəyərləndirilməlidir. Artıq Azərbaycan ordusunun bu bacarıqlara malik olması, dünya hərbi dairələri tərəfindən çox yüksək qiymətləndirilir. Bu da cənab Ali Baş Komandanın yürütdüyü siyasət nəticəsində mümkün olub”.
Politoloq onu da bildirib ki, müharibədə qələbənin əldə olunmasında Prezidentin yürütdüyü xarici siyasət çox mühüm rol oynayıb.
“Məhz onun yürütdüyü xarici siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasəti beynəlxalq aləmdə ifşa olunub.
Ermənistanın işğalçı siyasəti nəticəsində bu ölkəni dəstəkləyən ölkələr və güclər zərəsizləşdirilib. Bu işdə Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsinin də xüsusi rolu olub. Azərbaycanın bu təşkilata rəhbərliyi üzv ölkələrin ölkəmizə olan müsbət münasibəti və atdığı addımları dəstəkləməsinin müstəsna rolu olub.
Qələbəni şərtləndirən əsas amillərdən biri də cəmiyyədə möhkəm həmrəyliyin, iqtidar-müxalifət birliyinin olması idi. Azərbaycan cəmiyyəti 30 ildə mənəvi cəhətdən bu müharibəyə hazırlaşdı. Bu birliyi isə cənab Prezident ətrafında yarada bildi. Bu isə onda olan liderlik qabiliyyəti nəticəsində mümkün oldu. Mövqeyindən asılı olmayaraq bütöv cəmiyyət onun ətrafında birləşib düşmən üzərində qələbənin təmin olunmasında ona dəstək verdi. Əminəm ki, yürüdülən siyasət nətiəsində Azərbaycanın şərtləri daxilində qısa zamanda sülh sazişi imzalanacaq”, - o qeyd edib.