Hitlerin şəxsi pilotu – Baur son anda füreri Almaniyadan qaçırmağa cəhd edib
Adolf Hitler sonuncu dəfə öz xidməti təyyarəsindən 1944-cü ilin dekabr ayında istifadə etsə də, şəxsi pilotu Hans Baur fürerin son dəqiqələrinə qədər onun yanında olub.
Globall.az musavat.co-a istinadla bildirir ki, general rütbəli Baur Hitlerin ən etibar etdiyi şəxslərdən biri sayılıb və intiharından bir neçə saat öncə fürer pilotuna təşəkkürünü bildirməyi özünə borc sayıb:
“Baur, bu illər ərzində mənə göstərdiyin sədaqətə və xidmətlərə görə sənə təşəkkür edirəm. İndi isə vidalaşmağın vaxtıdır. Mənim generallarım məni satdılar, mənim əsgərlərim daha döyüşmək istəmir. Mən artıq fəaliyyətimi bu cür davam edə bilmərəm...”
Həmin son görüşdə Baur Hitlerə onu təyyarə ilə Argentinaya, Yaponiyaya, yaxud da ərəb şeyxlərinin birinin yanına aparmağı təklif edib. Fürer bu təkliflərdən imtina edib:
“Müharibə Berlinin süqutu ilə başa çatacaq. Mən də Berlinlə birlikdə “süquta” uğrayacağam. Müharibənin fəsadları ilə üz-üzə qalanda özümdə intihar cəsarətini tapmaq gücündəyəm. Bilirəm ki, sabah milyonlarla insan məni lənətləyəcək. Bu mənim taleyimdir...”
Hitler bu görüşün sonunda ən sevimli rəsm əsərini, holland rəssamı Rembrandtın çəkdiyi Kral Böyük Fridrixin portretini şəxsi pilotuna hədiyyə edib.