UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütləri müəyyənləşib. UEFA Avropa Liqası Pley-off mərhələsi “Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) “Yuventus” (İtaliya) - “Nant” (Fransa) “Sportinq” (Portuqaliya) - “Midtülland” (Danimarka) “Şaxtyor” Donetsk (Ukrayna) - “Renn” (Fransa) “Ayaks” (Niderland) - “Union” (Berlin, Almaniya) “Bayer” (Leverkuzen, Almaniya) - “Monako” (Fransa) “Sevilya” (İspaniya) - PSV (Niderland) “Zaltsburq” (Avstriya) - “Roma” (İtaliya) Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: