İranın Fransadan daha çox “ermənistançı“ olmasının
ŞOK EDƏN SƏBƏBLƏRİ - VİDEO
“Azərbaycan işğaldan azad etdiyi ərazilərdən qaranlığı qaldırandan sonra biz məruz qaldığımız cinayətin bütün miqyasını gördük. Tükürpədici idi. Haqlı olaraq düşünürdük ki, bu qələbəyə əsl müsəlman dövlətləri sevinəcəklər, Türkiyə, Pakistan kimi... Bu gün qürurla fəxri qonaq kimi dəvət edilərək BMT-nin Baş katibi ilə eyni məqamda əyləşdirildiyimiz Ərəb Liqasına daxil olan dost və qardaş ölkələr kimi... Amma görünür, “məhəbbət göz aldadır” ifadəsi yalnız şəxsi hisslərlə bağlı deyilmiş. Biz bel bağladığımız dövləti - İranı ifrat gözəl və sevimli gördüyümüzün fərqinə sonradan vardıq”. Bunu REAL TV-nin efirində yayımlanan “Mirşahin Vaxtı” verilişinin aparıcı Mirşahin Ağayev deyib. Aparıcı bildirib ki, İran İslam Respublikası heç də Fransadan az “ermənistançı“ deyilmiş: “Hətta İran Fransadan daha artıq “ermənistançı“, “erməniçi“ imiş... Biz fars və erməni şəkilçilərinin “yan“ olmasını, yəni “yan“la bitməsini həm də bir-birinin yanında, “yan-yana bitməsi“ kimi gördük“. Videonun davamına buradan baxa bilərsiniz: