Türkiyədə terrorçular ərzaq yardımı paylayanlara hücum edib, 2 nəfər ölüb
PKK terrorçularının Türkiyənin Van əyalətinin Özalp rayonunda “Vəfa” Sosial Yardım Qrupunun əməkdaşlarına hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Türkiyənin “NTV” telekanalı xəbər verir ki, hadisə rayonun Eğribelen məhəlləsində ərzaq yardımı paylanarkən baş verib.
Məlumata görə, bələdiyyənin 2 məsul işçisi və 1 mülki vətəndaşın olduğu avtomobil başqa bir maşından uzun çaplı silahdan atəş tutulub. Nəticədə 2 nəfər ölüb. Onlardan biri bələdiyyə işçisi, digəri isə mülki şəxsdir.
Yaralanan bələdiyyə işçisi isə xəstəxanaya yerləşdirilib.

Oxunub: 385
Xəbəri paylaş
Paylaş: