Görünməmiş OLAY: Turistləri Madrid əvəzinə görün hara göndərdilər
Rusiyada turizm agentliyi inanılmaz səhvə yol verib. Müştərilərini İspaniyanın paytaxtı Madridə göndərmək istəyən şirkət onu təsadüfən Mardinə göndərib. Hava limanına gəldikdə çox təəccüblənən turistlər 1 gün qaldıqları Mardini bəyəndiklərini bildiriblər.
MADRİD ƏVZƏ MARDİNƏ GƏLDİLƏR
Globall.az Türkiyə mediasına istinadən xəbər verir ki, müştərilər hava limanına enərkən Madrid əvəzinə Mardinə gəldiklərini anlayıblar. Rus turistlərin Mardində yaxşı gün keçirdiklərini qeyd edən turizm meneceri Bəkir Falay, "Rusiyadan Madridə getmək üçün müraciət var. Oradakı agentlik Madrid yerinə İstanbula Mardinlə əlaqə bileti verir. Müştərilər Mardinə gələndə, gözlənilməz bir sürprizlə qarşılaşırlar və heyrətlənirlər: "Bu çaşqınlığa baxmayaraq turistləri çox yaxşı qonaq etdik. Çox gözəl gün keçirdilər".
1 GÜN MARDİNDƏ QALDILAR
Mardin Turizm İşlətmələri Dərnəyi Başçısı Aslan Paşaoğlu, səhvə baxmayaraq turistlərin Mardini çox bəyəndiyini söylədi. Digər tərəfdən turistlərin ertəsi gün şəhəri tərk edərək İstanbul üzərindən Madrid reysinə mindikləri də qeydə alınıb.