Rus qoşunları niyə geri çəkildi? - MI6 açıqladı
Dnepr çayının qərb sahilinin itirilməsi Rusiya Federasiyasının Odessaya quru dəhlizi yaratmaq kimi strateji ambisiyasını reallaşdırmağa mane olacaq.
Globall.az xəbər verir ki, bu barədə Britaniya Xarici Kəşfiyyatı (MI6) məlumat yayıb.
Kəşfiyyat məlumatlarına görə, rus hərbçilərin Xerson vilayətinin sağ sahil hissəsindən çıxarılması bir neçə gün ərzində müdafiə mövqeləri və geri çəkilən qüvvələri artilleriya atəşi ilə əhatə etməklə həyata keçiriləcək.
Həmçinin, bu yaxınlarda Britaniya kəşfiyyatı Rusiyanın Dnepr çayının qərb sahilində öz qüvvələrini saxlamaq qabiliyyətinin Ukraynanın Rusiyanın təchizat marşrutlarına zərbələri ilə təhdid edildiyini vurğulamışdı.
Geri çəkilmə zamanı Rusiya qüvvələri bir neçə körpünü dağıdıb və yəqin ki, Ukrayna qüvvələrinin irəliləməsini ləngitmək və gecikdirmək üçün minalar qoyub.
“Xerson yaxınlığında Dnepr çayının qərb sahilini itirmək çox güman ki, Rusiyanın Odessaya quru dəhlizi yaratmaqla bağlı strateji ambisiyasını reallaşdırmağa mane olacaq. Körpülərin məhdudluğuna görə Dnepr çayının keçməsi zamanı Rusiya qüvvələri üçün çətin olacaq. Çox güman ki, geri çəkilmə bir neçə gün ərzində müdafiə mövqeləri və geri çəkilən qüvvələri əhatə edən artilleriya atəşi ilə baş tutacaq”, – deyə icmalda izah edilir.(yenisabah.az)