Erməni deputatların Rusiyaya girişini qadağan edəcəyik - Zatulin
Rusiyalı deputat Konstanin Zatulin Rusiya-Ermənistan münasibətləri, eyni zamanda özünün Ermənistana buraxılmaması ilə bağlı erməni mediasına açıqlama verib.
O, Ermənistana buraxılmaması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirərək deyib: “…Mən heç vaxt şəxsi sualımı şərt qoymazdım ki, əgər mənim Ermənistana gəlməyimə icazə verilməsə, o zaman parlament səviyyəsində Ermənistan-Rusiya münasibətləri pozulmalıdır. …Əgər Ermənistan hakimiyyəti göstərmək istəyirsə ki, heç bir problem yoxdur, bu və ya digərini qadağan etsələr, dözüləcək... Biz sadəcə böyük insanlarıq və səbir göstəririk, amma bu, sonsuz deyil. Belə davam edərsə, biz tələb edəcəyik ki, eyni əsasla Ermənistanın deputatlarının Rusiyaya girişi qadağan edilsin. Rusiyanı bütün günahlarda həyasızcasına ittiham edənlərə qarşı onların oxşar iş üsulundan istifadə edəcəyik. Lakin hələ də gözləyirik”.