Ukrayna Xersondan çəkilən Rusiya qoşunlarını atəşə tutdu
“Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Rusiyanın 55 hərbçisini, habelə iki tank, üç özüyeriyən “Msta-S” haubitsasını və bir sursat anbarını məhv edib”.
Bu barədə Ukrayna hərbi komandalığı məlumat yayıb.
Bildirilib ki, Xerson vilayətində 30-dan çox Rusiya hərbçisi həlak olub, 2 tank və 4 yük maşını məhv edilib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun geri çəkildiyi Xerson əyalətinin 3000 kvadratmetrdən çox ərazisinə nəzarəti bərpa edib. Eyni zamanda Ukrayna ordusu Xersondan çəkilən rus qoşunlarını atəş altında saxlıyır.
Oxunub: 98
Xəbəri paylaş
Paylaş: