Ordusunu geri çəkən Putinin
ŞOK PLANI ÜZƏ ÇIXDI
Türkiyə mətbuatında "Rusiyanın Xersondan çıxarılmasının arxasında duran məkrli plan peyk görüntüləri ilə ifşa edilib" başlıqlı məqalə dərc edilib. Belə ki, ordu Xersondan geri çəkiləndə geridə böyük dağıntılar buraxıb. Həm şəhərə daxil olan ukraynalı əsgərlər, həm də bölgənin peyk görüntüləri bu dağıntını təsdiqləyib. Görüntülərdə Dnepr çayı üzərindəki Nova Kaxovka bəndinin mühüm hissələrinin ciddi şəkildə zədələndiyi görünür. Jurnalist Gözdə Nur Bayar yazır ki, bu zərərin rus əsgərləri tərəfindən qəsdən edildiyi təxmin edilir. "Şəhərdə və ətrafdakı dağıntılar əslində daha böyük bir fəlakətin xəbərçisidir. Çünki bölgənin ən qiymətli bəndinin zədələnməsi böyük su apokalipsisinə səbəb ola bilər. Regional ekspertlər bildirirlər ki, bənd uçarsa, Xerson daş üstündə daş qalmayacaq və çayın yaxınlığında yaşayan yüz minlərlə insan sel fəlakətləri ilə üzləşə bilər", - deyə o qeyd edib.