AzTV 1 milyon manatlıq texnika alır
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC rəqəmsal audiovizual arxiv sisteminin yaradılması üçün lazım olan texniki vasitələrin, arxivin idarə olunması üçün xüsusi proqram təminatının, müvafiq iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Farah İnnovations” MMC olub.
Qalib təşkilatla 993,145 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: