"Zəfərin yaxınlaşdığını hiss edirik"
"Hamımız artıq zəfərimizin yaxınlaşdığını hiss edirik". Globall.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, Ukraynada siyasətçilərin, təhülkəsizlik qüvvələri nüməyəndələrinin, o cümlədən fərqli işlərdə çalışan şəxslərin vəzifələrini yerinə yetirərək zəfərə doğru birgə hərəkət etdiklərini bildirib. Ukrayna lideri Xersonda yenidən nəzarəti ələ keçirdikləri 226 yaşayış məntəqəsində yenidən sabitliyin təmin edildiyini, sözügedən ərazilərdə 100 min mülki vətəndaşın yaşadığını söyləyib. Zelenski həmçinin ölkə üzrə silahlı qarşıdurmaların əsasən Donetsk cəbhəsində davam etdiyini söyləyib.
Oxunub: 109
Xəbəri paylaş
Paylaş: