Pakistan-Əfqanıstan sərhədində GƏRGİNLİK: Ölən və yaralılar var
Əfqanıstanla sərhəddəki “Spin-Boldak-Çaman” keçid məntəqəsi ərazisində baş verən atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb. Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açdığı iddia edilir. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir. Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstanın hadisəni törədənləri ekstradisiya etməsinə qədər onu bərpa etməyi planlaşdırmır. Kabil tərəfindən bildirilib ki, Pakistan sərhədçilərinə hücumu taliblərin geyimində olan naməlum terrorçular həyata keçirib.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: