50 manat borca görə bir nəfəri öldürdü, bir nəfəri yaraladı - Bakıdakı qətlin təfərrüatı
Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən İmran Cərullayevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Suraxanı rayonu ərazisində baş verib. Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun ifadəsi əsasında Bülbülə qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Elşad Əliyev saxlanılıb.
İş üzrə dindirilmiş İmran Cərullayev ifadəsində bildirib ki, senytabrın 16-da evdə olanda qardaşı Məhəmməd anasının telefonundan zəng edib Orxan İsayevin digər qardaşı Əlimuradı aralarındakı pul məsələsinə görə axtardığını deyib. Buna görə o, Məhəmməddən xahiş edib ki, Orxana zəng vurub ona Univermağın qarşısına gəlməsini desin. Həyətdən çıxanda özü ilə hər ehtilama qarşı məxtəb bıçağınıda götürüb. Qardaşı əksər vaxtını dostu Elşad Əliyevlə keçirdiyi üçün sonuncuya zəng edib. Elşad ona Əlimuradla birlikdə Əli adlı şəxsin həyətində oturub söhbət etdiklərini deyib. Həmin ünvana yollanıb qardaşına Orxan İsayevin borca görə onu axtardığını deyib. Qardaşı Orxandan aldığı borcun səbəbini ona açıqlamayıb. Buna görə aralarında mübahisə yaranıb. Elşad onunla birlikdə görüşə gedib.
İmran Cərullayev ifadəsinin davamında bildirib kİ, qardaşının nəyə görə ondan borc götürdüyünü soruşduqda Orxan onunla aqressiv danışmağa başlayıb. Elşada səbrli olub kənarda dayanmasını desədə dostu yanlarına yaxınlaşıb. Söhbətlərinə müdaxilə etdiyinə görə Orxan əsəbləşərək Elşadla mübahisə etrməyə başlayıb. Sol tərəfində Orxan sağ tərəfində isə Elşad dayanıb. Orxan əsəbi halda ondan pulunu verib verməyəcəyini soruşub. O, isə bu cür hərəkət etdiyin üçün sənə pul verməyəcəyini deyib.
Orxan söyüş söydüyünə görə belindən bıçağı çıxarıb və qarın nahiyyəsinə zərbə endirib. Həmin an avtomobildən çıxan Orxanın dostu Ravil Qafarovun onlara tərəf gəldiyini görüb və ikinci zərbəni Orxanın sinəsinə vurub.
Elşadın arxasınca qaçan Ravil yolun kənarında çatıb yumruq zərbəsi ilə onu yerə yıxıb. Bu zaman İmran dostuna kömək etmək üçün arxadan Ravilə bıçaqla xəsarət yetirib. Yaralanan şəxs 31-ci polis bölməsinə tərəf qaçıb. Biraz onu təqib edəndən sonra yolda fikirlərini dəyişib dayanıblar və dəmir yolu xəttinə tərəf gediblər.
Təqsirləndirilən Elşad Əliyev ifadəsində göstərib ki, sentyabrın 16-da görüş vaxtı sakit tərzdə danışmasını məsləhət görəndə Orxan İsayev onunla mübahisə edərək bu işə qarışmamasını deyib. İmran birinci zərbəni vuranda Orxan onun qolunu buraxıb. Dostunun zərərçəkmişi ikinci dəfə vurduğunu görməyib. Görüşə gedərkən məqsədləri dava etmək olmayıb. Sadəcə borc məsələsinə görə İmran Orxanla söhbət etmək istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elçin İsayev ifadəsində göstərib ki, sentyabrın 16-sı saat 22:00 radələrində Orxanın qayınanası zəng edərək oğlunun bıçaqlandığını və xəstəxanada olduğunu bildirib. Xəstəxanaya çatanda ona artıq oğlunun öldüyünü bildiriblər.
Məhməkə prosesi zamanı Elşad Əliyev və İmran Cərullayev ittihamlar üzrə özlərini qismən təqsirli biliblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə İmran Cərullayev 18, Elşad Əliyev isə 4 il müddətinə azadlıqdan məhrum olunublar.