Çürüyən burnu qolundan çıxdı - İnanılmaz əməliyyat
Tibbdə dünyaya səs salacaq yeni müalicə üsulu tətbiq olunub.
Globall.az xəbər verir ki, Fransada xərçəng səbəbiylə burnu çürüyən 50 yaşlı qadın burnunun böyük bir hissəsini itirmişdi.
Əməliyyatdan sonra iybilmə qabiliyyətini itirən qadın görünüşündən razı qalmadığı üçün evə qapanıb. Əməliyyatdan əvvəl mütəxəssislər qadının burnunun bir nüsxəsini 3D çap edərək yeni tibbi texnologiyalar üçün nümunəni buz üzərində saxlayıblar.
Tibb dünyasının qabaqcıl həkimləri ilk dəfə onun qolundakı qığırdaq üzərində biomaterial üçölçülü printer metodundan istifadə edərək yeni burnu böyütməyi bacarıblar. Daha sonra yeni əmələ gələn burun qan damarlarının bağlanması yolu ilə xəstənin gicgahına bitişdirilib.
Toulouse-Oncopole Universitetinin Xərçəng İnstitutunda Tuluza Universitetinin qulaq, burun, boğaz və üz cərrahiyyə qrupları və Klaudius Regaud İnstitutunun üzvləri tərəfindən həyata keçirilən əməliyyatdan sonra Karine bütün tibb işçilərinə təşəkkürünü bildirdi, baxmayaraq ki, burnunu və dişlərini düzəltmək üçün əlavə əməliyyatlar keçirməli olub.
Əməliyyatdan sonra 50 yaşlı Karin deyib: "İndi bağçamdakı qoxuları hiss edib evimi tərk edirəm, sanki həyata qayıtmışam. Bu möcüzədir”.