Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayacaq
Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat hazırlayacaq.
Globall.az xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, parlament tərəfindən həm qətnamə, həm də Fransanın sön dövrdə fəaliyyəti ilə bağlı bəyanatın qəbul edilməsi məqsədəuyğun olardı:
“Təklif edirəm ki, bəyanatın qəbul edilməsi iclasın gündəliyinə daxil edilsin”.
Qeyd edək ki, Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.
Sədr Səməd Seyidov olmaqla, komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.
Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.