DƏHŞƏTLİ HADİSƏ: 14 yük vaqonu relsdən çıxdı
Qazaxıstanın Karaqanda vilayətində 14 yük vaqonu relsdən çıxıb. Hadisə nəticəsində ölən olmayıb. Globall.az xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolları QSC məlumat yayıb. Hadisə noyabrın 17-də saat 06:15-də, vaqonların nasazlığı səbəbindən baş verib. Hazırda hadisə yerində bərpa işləri aparılır.
Oxunub: 98
Xəbəri paylaş
Paylaş: