İran Azərbaycana hücum edə bilər?
- İsrailli ekspert
İsrailli ekspert Raz Tsimt "Oriental Express" analitik nəşrinə açıqlamasında İrandakı vəziyyəti dəyərləndirib. İran üzrə ixtisaslaşan ekspert hələlik rejim üçün təhlükə olmadığını bildirib: "Çünki İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla, hələlik güc strukturlarında parçalanma yoxdur. Ticarətçilər və neftçilərin ayrı-ayrı tətilləri keçirilsə də, geniş sosial təbəqə hələ də etirazlara qoşulmayıb". Raz Tsimtin sözlərinə görə, İran rejimi etirazları boğmaq gücündə deyil: "İrandakı hazırkı etirazlar uzun müddət davam edə bilər". İsrailli ekspert İranın anti-Aazərbaycan isteriyasının isə bu ölkənin Qafqazdakı vəziyyətlə bağlı qorxusundan irəli gəldiyini deyib: "Lakin iki ölkə arasında real toqquşma ehtimalı azdır".
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: