ABŞ-dan Ərdoğanın “İncirliyi bağlayarıq” açıqlamasına şərh
Pentaqon rəhbəri Mark Esper Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürəcik aviabazalarının lazım gələrsə bağlanacağı yönündə açıqlamasını şərh edib.
Esper bu məsələni anlamaq üçün görüş keçirilməsinin vacibliyini bildirib.
“Bunun səbəbi nədir və nə qədər ciddi olduqlarını anlamaq üçün görüşməliyəm. Fikrimiz odur ki, onları NATO-ya yaxınlaşdırmağımız lazımdır. Çünki güclü orduları var və uzun illərdir ki, müttəfiqimizdirlər”, – deyə Esper bildirib.
Qeyd edək ki, Ərdoğan ABŞ-la münasibətlərin kəskinləşməsi fonunda İncirlik və Kürəcik aviabazalarının bağlanacağını istisna etməyib./Axar.az/
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: