Azərbaycan İsraildə səfirlik açır
Bu gün plenar iclasda “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
Bunu Milli Məclisin deputatı Kamal Cəfərov özünün Feysbuk səhifəsində yazıb.
O vurğulayıb ki, sözügedən layihədən dərhal sonra “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
Qeyd edək ki, parlamentin internet resursunda bu gün keçirilən iclasının gündəliyinə sözügedən qanun layihəsinin daxil edilməsi barədə məlumat yoxdur.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: