Güclü zəlzələ baş verib
Qazaxıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. Globall.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. Yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) baş verən zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: