ABŞ Paşinyanı başa salıb ki, Qarabağ məsələsi... - Danielyan
“ABŞ Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına çalışır və bununla da növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcəklər, Rusiya hərbi bazasının Ermənistanda olması da mənasızlaşacaq”.
Globall.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, proseslərin bu istiqamətdə inkişafı Rusiya və İranın regionda təsirinin azalması ilə nəticələnəcək.
“Vaşinqton Paşinyanı başa salıb ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalı, Qarabağ məsələsindən imtina edilməlidir”, - erməni politoloq deyib.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: