"Prius" hamilə süpürgəçini vurub öldürdü -
Bakıda QORXUNC OLAY
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, vurulan qadın süpürgəçi olub. O, 7 aylıq hamilə imiş.
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: