Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
PENSİYA YAŞI ARTIR, ÖLƏNLƏRİN KAPİTALI "BATIR"...- Deputatın təklifinə ekspertlər nə deyir?
Farhad Əhmədovun 20 milyonluq MULKÜ ƏLİNDƏN ALINIR - Ramiz Mehdiyevin adı hallanır
PENSİYA YAŞINA ÇATMADAN ÖLƏNLƏRİN PULLARI HARA GEDİR?- AÇIQLAMA
Press-fakt.az
    
  • "Rusiya dronları NATO bazasını hədəf alıb"-
    "Rusiya dronları NATO bazasını hədəf alıb"-  KİV
  • 
  • Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir
    Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir
  • 
  • Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI - 
    Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI -  Taksi qiymətləri kəskin bahalaşdı /FOTO
  • 
  • Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib -
    Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib - Görüşün DETALLARI
  • 
  • Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
    Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
  • 
  • "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"-
    "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"- Simonyan
  • 
  • Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ -
    Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ - FOTOLAR
  • 
  • BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ -
    BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ - SİYAHI
  • 
  • "Bu canavara yalnız ölüm hökmü verilməlidir"-
    "Bu canavara yalnız ölüm hökmü verilməlidir"- Tramp bu şəxsin edamını istədi
  • 
  • 7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB -
    7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB - 72 mindən çoxunun maaşı ARTIRILACAQ
  • 
  • “Habertürk” və “Show TV”yə həbs qoyuldu -
    “Habertürk” və “Show TV”yə həbs qoyuldu - 8 yüksək vəzifəli rəhbər...
  • 
  • Bağça müəllimlərinin sertifikasiyası -
    Bağça müəllimlərinin sertifikasiyası - Nazir tarixi AÇIQLADI
  • 
  • “Ukraynada müharibə daha iki il davam edəcək”-
    “Ukraynada müharibə daha iki il davam edəcək”- Avropa İttifaqı acizliyini etiraf edir
  • 
  • Daha bir ölkədən İsrailə qadağa:
    Daha bir ölkədən İsrailə qadağa: Fələstinə dəstək güclənir
  • 
  • "Formula 1"lə bağlı bəzi məktəblərdə
    "Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
  • 
  • Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
    Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
  • 
  • Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL:
    Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL: “NİYƏ KƏNDİNİZƏ QAYITMAQ İSTƏMİRSİNİZ?”- VİDEO
  • 
  • Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
    Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
  • 
  • “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”-
    “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”- DEPUTAT
  • 
  • İrəvandan Zəngəzur açıqlaması:
    İrəvandan Zəngəzur açıqlaması: Başladı, Mehridə dağlar dağıdılır
  • 
  • Manaf Ağayevin oğlu işdən ÇIXARILDI -
    Manaf Ağayevin oğlu işdən ÇIXARILDI - Etimadı doğrultmayıb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Bu müxalifət partiyaları Prezidenti təbrik etdilər
  • YAP İdarə Heyətinin yeni üzvləri məlum olub - TAM SİYAHI /YENİLƏNİB
  • İlham Əliyev YAP-ın tədbirində çıxış etdi - YENİLƏNİB
  • Prezident İlham Əliyev Bdzina İvanişvilini təbrik edib
  • Əli İnsanovdan İlham Əliyevə - MƏKTUB
  • Prezident YAP-ın yubiley tədbirində nələrdən danışdı? - TAM MƏTN

    • Tarix: 21-11-2022, 16:15


    Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

     Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

     

    - Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri.

    Hörmətli qonaqlar, xanımlar və cənablar.

    Bu gün biz Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.

    Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

    Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı, bir daha demək istəyirəm, tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

    Əlbəttə ki, torpaqlarımızın işğal altına düşməsi vəziyyətimizi daha da ağırlaşdırırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. Çünki beləliklə, o vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Əfsuslar ki, belə də oldu. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.

    Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

    Halbuki, belə meyillər var idi, ondan əvvəlki dövrlərdə də var idi. Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir.

    YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır.

    Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.

    Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

    Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.

    Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

    Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.

    Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq.

    Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

    Bizim hələ 1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi görün nə qədər geniş vüsət almışdır. Hətta onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır. Amma ondan sonrakı layihələr bizim imkanlarımızı böyük dərəcədə genişləndirdi və bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir. Eyni zamanda, neft-qaz layihələrimiz bizim beynəlxalq mövqelərimizi də gücləndirdi. Çünki xüsusilə indiki şəraitdə, bugünkü gündə Azərbaycanın infrastrukturu, nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir. Əlbəttə ki, geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır.

    Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir.

    Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu haqda çox danışmaq olar, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istəyirəm. Biz MDB məkanında birinci ölkə olduq ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Biz 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildik və uğurlu sədrliyimizə görə bizim sədrlik müddətimiz bir il daha uzadıldı, gələn ilin sonuna qədər biz sədrlik edəcəyik. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir.

    Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir.

    Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Yəni, bu, böyük məsələdir. Əlbəttə ki, beynəlxalq arenada özümüzü ləyaqətlə aparmağımız bizə əlavə hörmət qazandırdı.

    Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi.

    Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

    Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

    İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

    ***

    Sonra tədbir çıxışlarla davam etdi.


    Oxunub: 142
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      11-09-2025
      20:20 | PENSİYA YAŞI ARTIR, ÖLƏNLƏRİN KAPİTALI "BATIR"...- Deputatın təklifinə ekspertlər nə deyir?
      20:00 | "Rusiya dronları NATO bazasını hədəf alıb"-  KİV
      19:55 | "Yalvarıram, Rusiyaya və Belarusa getməyin" -  XİN rəhbəri
      19:40 | Farhad Əhmədovun 20 milyonluq MULKÜ ƏLİNDƏN ALINIR - Ramiz Mehdiyevin adı hallanır
      19:30 | Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir
      14:55 | Hava limanında QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI -  Taksi qiymətləri kəskin bahalaşdı /FOTO
      14:44 | Mustafayev Zəngəzura gedib, Qriqoryan Zəngilana gəlib - Görüşün DETALLARI
      14:40 | Əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb
      13:45 | "Bizim mağazalarımızda Azərbaycan malları olacaq"- Simonyan
      13:40 | Şuşakənd və Qırmızı Qəsəbəyə İLK KÖÇ - FOTOLAR
      13:10 | BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ - SİYAHI
      13:05 | "Bu canavara yalnız ölüm hökmü verilməlidir"- Tramp bu şəxsin edamını istədi
      13:00 | 7318 müəllimin fəaliyyətinə XİTAM VERİLİB - 72 mindən çoxunun maaşı ARTIRILACAQ
      12:55 | “Habertürk” və “Show TV”yə həbs qoyuldu - 8 yüksək vəzifəli rəhbər...
      12:50 | Bağça müəllimlərinin sertifikasiyası - Nazir tarixi AÇIQLADI
      12:30 | PENSİYA YAŞINA ÇATMADAN ÖLƏNLƏRİN PULLARI HARA GEDİR?- AÇIQLAMA
      12:25 | “Ukraynada müharibə daha iki il davam edəcək”- Avropa İttifaqı acizliyini etiraf edir
      12:22 | Daha bir ölkədən İsrailə qadağa: Fələstinə dəstək güclənir
      12:20 | "Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
      12:17 | Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak ödənişli olacaq
      12:00 | Məcburi KÖÇKÜNLƏRƏ AKTUAL SUAL: “NİYƏ KƏNDİNİZƏ QAYITMAQ İSTƏMİRSİNİZ?”- VİDEO
      11:55 | Ötən il 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib
      11:50 | “Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”- DEPUTAT
      11:45 | Trampdan Netanyahuya sərt REAKSİYA: Qətərdəki hücum ağılsızlıq idi!
      11:30 | İrəvandan Zəngəzur açıqlaması: Başladı, Mehridə dağlar dağıdılır
      11:20 | ABŞ-nin 2026-cı il üçün HƏRBİ XƏRCLƏRİ TƏSDİQLƏNDİ - 900 MİLYARD DOLLAR
      11:15 | Döyüş xətləri çəkilir, Avropa hərəkətə keçməlidir - Von der Leyen
      11:10 | Manaf Ağayevin oğlu işdən ÇIXARILDI - Etimadı doğrultmayıb
      11:05 | Bakının bu ərazilərində kütləvi söküntü başlayır - VİDEO
      11:00 | Sabah 4 şəhidimiz dəfn olunacaq - ADLAR
      00:45 | Paşinyanın valideynləri: 12 YAŞINDAN NİKOLU ÖGEY ANASI BÖYÜDÜB -  FOTOLAR
      00:40 | ABŞ Kərimovun “Amadea” yaxtasını 100 milyon dollara hərraca çıxardı
      00:36 | Türkmən qazı da Zəngəzur dəhlizindən KEÇƏCƏK - "Anadolu" agentliyi
      00:30 | "ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib"- "Münaqişəni dərinləşdirib..."- Paşinyan
      00:25 | Rusiyada daha bir azərbaycanlıya hökm oxundu
      00:20 | İsrail Yəməndə mülki obyektlərə RAKET ATIB -  ÖLÜ SAYI 35 nəfərə çatıb
      00:15 | Fransada iğtişaşlar zamanı 300-dən çox aksiyaçı saxlanılıb
      00:10 | Sabahdan Rusiyadakı azərbaycanlılar geri dönürlər? - Deputatın şərhi
      00:05 | Tbilisidə insident: etirazçılarla polis arasında qarşıdurma yarandı
      00:00 | Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
      10-09-2025
      21:45 | "ONU HEÇ NƏ XİLAS ETMƏYƏCƏK"- "Heç bir güzəşt olmayacaq..."
      21:35 | Bu şəxslərin işdən azad olunması qadağan edilsin - Deputatdan təklif
      21:30 | 9 milyona təmirsiz mənzil (!) - Paytaxda dodaquçuqladan ev qiyməti...
      21:25 | Almaniya Ukraynaya dəstək baxımından dünyada birinci yerdədir - Pistorius
      21:15 | QUMAR MAFİYASININ 20 MİLYONLUQ SƏRVƏTİ - Evlər, obyektlər, lüks avtomobillər…
      21:10 | Paşinyan İrəvanın Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb
      21:05 | "Qızıla sərmayə qoymayın"- Ekspertdən XƏBƏRDARLIQ
      21:00 | Polşaya PUA hücumu ilə bağlı Rusiyadan İLK AÇIQLAMA
      19:40 | "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"- Ermənistanın Baş naziri
      19:15 | AEROPORTDAN ŞƏHƏRƏ BU QİYMƏTƏ GEDƏCƏYİK...-  "Burada əsas məqsəd qiyməti artırmaqdır"
      19:05 | İsrail səfirindən HƏMAS-a açıq təhdid: “Bu dəfə olmadısa, növbəti dəfə olacaq”
      19:00 | Azərbaycanda ƏN ÇOX BAHALANAN məhsulların adları AÇIQLANDI
      18:55 | Sərkisyan xalqı Paşinyanı devirməyə çağırdı
      18:50 | Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
      18:45 | PUTİN NƏ ETMƏK İSTƏYİR? -  Rusiya NATO-nun nəbzini yoxlayır, yoxsa?..
      18:40 | Emin Ağalarovun Moskvadakı restoranları BAĞLANDI
      18:30 | NATO Rusiya-Polşa gərginliyini həll etmək üçün TOPLANIR
      18:18 | Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan
      18:10 | Prezident Yazıçılar Birliyinin Yaradıcılıq Evinin AÇILIŞINDA - FOTOLAR
      13:35 | HƏMAS LİDERLƏRİNİ TÜRKİYƏ KƏŞFİYYATI XİLAS EDİB -  MİT-dən xüsusi ƏMƏLİYYAT
      13:25 | Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək
      13:15 | Polşa Belarusla sərhədə 100 -150 minlik qoşun toplayır - VİDEO
      13:10 | Gəncədə ağır qəza: 8 nəfər xəsarət aldı -  FOTO
      12:15 | İraqda oğurlanan israilli alim sərbəst buraxıldı
      12:00 | Polşaya HÜCUMA MOSKVADAN REAKSİYA - “Zelenski dronlarımızı ələ keçirərək Polşaya zərbə endirib”
      11:45 | “Bozqurd”un döyüşçüsü Ukraynada vəfat etdi
      11:40 | NATO-dan Rusiyanın Polşaya həmləsinə inanılmaz reaksiya
      11:30 | “Bu, inhisarçılıqdır”-  "Seçim azadlığı pozulur..."
      11:25 | Dünya bazarlarında neftin qiyməti 67 dollara yaxınlaşıb
      11:20 | RUSİYA PUA-larla NATO ÖLKƏSİNƏ HÜCUM ETDİ - Polşada aeroportlar bağlandı, NATO-ya müraciət olundu
      11:15 | Ağdamda 16 yaşlı qızı zorlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb
      11:10 | Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:00 | Şıxlınskinin həbs müddəti uzadıldı, maddəsi ağırlaşdırıldı
      00:20 | SABİQLƏRLƏ BAĞLI SENSASİON İDDİA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
      00:15 | Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir
      00:10 | İsrailin hücumu qorxaqlıqdır, suverenliyimizə təhdiddir! - Məcid əl-Ənsari
      00:05 | Dünya müharibəyə sülhdən daha çox pul xərcləyir - Qutarreş
      00:00 | III Dünya Müharibəsi başlayıb - Maduro
      09-09-2025
      22:10 | Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
      20:30 | LİDERLƏRİN evləri yandırıldı, BAŞ NAZİR İSTEFA VERDİ - Nepalda siyasi böhran
      20:20 | İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli şəxslərinə sui-qəsd etdiyini bildirdi
      20:00 | Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”
      19:45 | Azərbaycan vətəndaşlarını kim yoxlayacaq?- "Tramp marşrutu" necə reallaşacaq?- VİDEO
      19:40 | Növbəti dörd gündə güclü külək əsəcək -  XƏBƏRDARLIQ
      17:00 | TIXAC KABUSU YAXINLAŞIR...- Paytaxtı daha ÇƏTİN GÜNLƏR GÖZLƏYİR - Ekspert
      16:55 | Sabiq rektor Elşad Abdullayevin məhkəməsi QAPALI KEÇİRİLDİ
      16:45 | Azərbaycan Ordusunun çinli əsgəri - "Məni çox maraqla qarşıladılar"- VİDEO
      16:35 | Məhkəmə Qabil Məmmədova 16 İL HƏBS qərarı ÇIXARDI
      14:30 | Sabiq nazir müavini direktor vəzifəsindən də çıxarıldı - Yeni vəzifə verildi
      14:25 | Rusiya Donetskdə DİNC SAKİNLƏRİ BOMBALADI, 20-dən ÇOX ÖLÜ VAR - Zelenski
      14:20 | Aeroportdan şəhərə taksi sifarişlərinə qadağa qoyulub?- VİDEO
      14:00 | Sabah bəzi rayonlara leysan yağacaq - Hava PROQNOZU
      13:45 | Consondan Ukrayna çağırışı: Rusiya vurulmalıdır
      13:40 | “BMT TŞ günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib”-  İlham Əliyev
      13:35 | BU ƏRAZİDƏ TAKSİ XİDMƏTİ İNHİSARA ALINIR?- “Hansısa ingilisdilli "qaqulya" balası düşünüb ki...”
      13:15 | İsrail ordusu Qəzzadakı 1 milyon fələstinlini hədələdi: Cənuba qaçın...
      13:00 | Keçmiş məcburi köçkünlər tutduqları evləri TƏRK ETMƏLİDİR - Tural Abbaslı
      12:50 | Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı müxalifətə xəbərdarlıq etdi
      12:45 | Fransada siyasi böhran dərinləşir - Bayrou hökuməti buraxıldı
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.