Məşhur azərbaycanlı aktrisa "Üç kız kardeş"in çəkiliş meydanında - FOTO
Əməkdar artist Vəfa Zeynalova Türkiyəyə yollanıb.
Aktrisa qardaş ölkəyə səfəri zamanı reytinqli layihələrdən biri "Üç kız kardeş"in çəkiliş meydanında olub. Bu haqda Vəfa özü məlumat verib.
O, sözügedən ekran işində rol alan gənc həmkarı Vural Şahanoğlu ilə foto çəkdirərək sosial şəbəkə hesabında paylaşıb. Serialda Vural, Dönüş adlı qızın sevgilisi Sərdar obrazındadır.
Məlumat üçün bildirək ki, "Üç Kız Kardeş" ilk dəfə bu ilin fevralında yayımlanıb. Serialda Türkan, Dönüş və Dərya adlı 3 bacının həyat hekayəsindən bəhs edilir. Baş rollarda İclal Aydın, Reha Özcan, Özgü Kaya, Almila Ada kimi tanınmış simalar çəkiliblər.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: