Bakıda FİLM KİMİ OLAY - “Qapını açın, poçt işçisiyik“ dedilər sonra isə...
Bakıda özlərini poçt işçiləri kimi təqdim edən qarətçilər evə basqın edib.
Globall.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özünü poçt işçiləri kimi təqdim edən naməlum şəxslər mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vurub. Sonra evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.