Azərbaycanda mənzillərin kirayə haqqı nə qədərdir? - QİYMƏT

Azərbaycanda oktyabr ayında mənzillərin kirayə haqqı bahalaşıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Bütün qiymətlər orta ölçüdə götürülür. Məlumata görə, oktyabr ayında mənzillərin kirayə haqqı 131.80 manatdan 133.39 manata qalxıb. Beləliklə, aylıq 1.2% bahalaşma olub.
Ötən ilin eyni dövründə mənzillərin kirayə haqqı 113.87 manat olub. İllik müqayisədə qiymət artımı 17%-dir.
Oxunub: 135
Xəbəri paylaş
Paylaş:






















Bakıda bu evlərin kirayə haqqı bahalaşıb