Sürücüsüz avtobuslar istifadəyə verildi:
Pulsuz xidmət göstərəcək
Cənubi Koreyanın paytaxtı Seulda “Hyundai” tərəfindən hazırlanmış sürücüsüz avtobuslar istifadəyə verilib. Avtobuslar Conqno-qu rayonunda “Sewoon Ticarət Mərkəzi” ilə “Cheonggye Plaza” arasında təxminən 3 kilometr məsafədə xidmət göstərir. Qeyd olunub ki, “Hyundai” şirkətinin istehsal etdiyi avtobuslar kameralar və lazer şüaları vasitəsilə müəyyən olunmuş istiqamətdə hərəkət edə bilir. Məlumata görə, vətəndaşlar rezervasiya etməklə avtobuslardan pulsuz istifadə edəcəklər. Digər tərəfdən, müvəqqəti təhlükəsizlik tədbirləri çərçivəsində avtobusların qısa məsafələr üçün istifadə edildiyi bildirilib. /konkret.az/
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: