Türkiyədə kimya zavodu yanır: partlayışlar eşidilir
Bu gün Türkiyənin Dənizli vilayətinin Pamuqqala rayonundakı kimya zavodunda yanğın başlayıb. Bu barədə NTV kanalı məlumat yayıb. Məlumata görə, yanğın yerli vaxtla saat 12.30-da avtomobillərin sıx olduğu maşın yolunun yaxınlığında başlayıb: “Hadisə yerinə çoxlu xilasetmə qrupları gəlib, kimyəvi maddələrin yanması səbəbiylə zavod binasının üzərində qara tüstü buludları yaranıb. Yanğın hələ də söndürülməyib. Vaxtaşırı partlayış səsləri eşidilir”.
Oxunub: 145
Xəbəri paylaş
Paylaş: