Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub. Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb. Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür. Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: