DTX MİT-lə BİRGƏ ƏMƏLİYYAT KEÇİRDİ:
Xaricdə gizlənən radikal dini qrupun üzvü tutuldu - VİDEO
Qeyd olunub ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.
2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib. Hazırda həbs oluan Saleh Adilov barəsində cinayət işi davam etdirilir.