Prezident onlara “Əməkdar jurnalist” fəxri adı verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Globall.az sərəncamın mətnini təqdim edir: 1. Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin: Əliyev İlham Yaylaqalı oğlu Musayev Alqış Həsən oğlu. 2. Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Xəlilov Zahid Abdulla oğlu Şadlinski Vaqif Bilas oğlu Vəliyev Misirxan İzzət oğlu. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Oxunub: 133
Xəbəri paylaş
Paylaş: