Putin Araik Arutyunyanı qəbul edib? – Oteldə gizli görüş
Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı Xankəndindəki separatçı-terrorçu rejimin “rəhbəri” Araik Arutyunyanla görüşüb. Globall.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib. İddiaya görə, noyabrın 23-də Ermənistana səfər edən Putin İrəvandakı “Dvin” otelində Arutyunyanı qəbul edib. Separatçı rejim isə bu iddianı təkzib edib, həmin vaxt Arutyunyanın Xankəndində olduğunu bildiriblər. (publika.az)
Oxunub: 145
Xəbəri paylaş
Paylaş: